İngiltərəli peşəkar boksçu 25 yaşında vəfat edib

İngiltərəli peşəkar boksçu 25 yaşında vəfat edib

İngiltərəli peşəkar boksçu Corciya Okonnor vəfat edib.

"Report" "Ring Magazine" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı idmançı ağır xəstəliyə qalib gələ bilməyib.

Döyüşçü son bir neçə ayda xərçəng xəstəliyi ilə mübarizə aparıb.

O, peşəkar boksda keçirdiyi hər üç görüşdə qalib gəlmişdi.

Qeyd edək ki, Corciya Okonnor həvəskar boksda yeniyetmələr arasında dünya çempionatının gümüş (2017) və bürünc (2018) mükafatçısı olub.

"Cebheinfo.az"