Azərbaycan dünyada 9-cu ən böyük şaftalı ixracatçısıdır

Azərbaycan dünyada 9-cu ən böyük şaftalı ixracatçısıdır

Beynəlxalq Ticarət Mərkəzinin məlumatlarına görə, 2024-cü ildə Azərbaycan şaftalı ixracı üzrə dünyada 9-cu yerdə qərarlaşıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat yayıb.

Məlumata görə, hesabat ilində Azərbaycan 68,6 milyon ABŞ dolları dəyərində təzə şaftalı ixrac edib, bu da 2023-cü illə müqayisədə 33 % çoxdur.

Dünyada şaftalı ixracatçılarının ilk üçlüyündə İspaniya, Türkiyə və Çili qərarlaşıb.

"Cebheinfo.az"