8,5 kilometr yüksəkliyə qalxan paraşütçü havada dondu - FOTOLAR

8,5 kilometr yüksəkliyə qalxan paraşütçü havada dondu - FOTOLAR

Çində Qilian dağları üzərində bir paraşütçü nadir rast gəlinən "bulud əmmə" hərəkətini etmək üçün 8,5 kilometr yüksəkliyə qalxıb və ölümlə üz-üzə gəlib.  

“Cebheinfo.az” xəbər verir ki, yolçu təyyarələrinin uçduğu səviyyəyə çatan idmançı bu anları mobil telefonla lentə alaraq sosial şəbəkələrdə paylaşıb.

Paraşüt uçuşu həyata keçirən idmançı təxminən 3 min metr yüksəklikdən havaya qalxdıqdan qısa müddət sonra güclü hava axınına düşüb və nadir görünən bu təbiət hadisəsinə məruz qalıb.

Yayılan görüntülərdə paraşütçünün paraşütə bərk-bərk sarıldığı, buzla örtüldüyü və demək olar ki, heç nə görünməyən sıx buludların içində sürükləndiyi aydın görünür.Oksigen maskası olmadan nəfəs almağa çalışan idmançı, ən yüksək nöqtədə, buludların üzərində yelləndiyi zaman bədəninin tamamilə donduğu halda belə huşunu itirməyib.

Paraşütçü açıqlamasında, “Davamlı olaraq radio vasitəsilə əlaqə saxlayırdım” deyib. O, paraşütünü idarə etməyi bacarıb və təhlükəsiz şəkildə yerə enib. Əllərində ciddi donvurma halları aşkarlansa da, həyatını xilas edib. 8,5 kilometr yüksəklikdə temperatur -40 dərəcəyə qədər enir və oksigen səviyyəsi həyati təhlükə yarada biləcək qədər azalır.

Təcrübəli paraşütçü o hadisəni “əsl möcüzə” adlandıraraq, “Çox az adam bu qədər yüksəkliyə çıxıb sağ qala bilər” deyib. Hadisədən sonra aparılan araşdırmalarda məlum olub ki, paraşütçü uçuş üçün rəsmi icazə almadan havaya qalxıb, hava şəraiti barədəki xəbərdarlıqları nəzərə almayıb və təhlükəsizlik qaydalarını pozub.

Çin qanunvericiliyinə görə, bütün hava idman növləri üçün əvvəlcədən rəsmi icazə tələb olunur və qaydalara əməl etməyən şəxslər cərimə və ya həbs cəzası ilə üzləşə bilər.

Əfsanə 
“Cebheinfo.az”