Hikmət Hacıyev Çex Respublikasının rəsmiləri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çex Respublikasının xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycanın Çex Respublikasındakı səfirliyi məlumat yayıb.
Bundan əlavə, Hikmət Hacıyev Çex Respublikasının Prezident Aparatının Xarici Əlaqələr Departamentinin direktoru Yaroslav Zayçek ilə də görüşüb.
"Cebheinfo.az"