Rusiyanın Xalq artisti lham Əliyevə təşəkkür etdi

Rusiyanın Xalq artisti lham Əliyevə təşəkkür etdi

Rusiyanın xalq artisti, rejissor Fyodor Bondarçuk İrandan təxliyə olunduqdan sonra Azərbaycandan Moskvaya qayıdıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə TASS-a onun nümayəndəsi bildirib.

“Fyodor Sergeyeviç qayıtdı”, - nümayəndə deyib.

Bundan əvvəl Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiyanın xalq artisti və rejissor Fyodor Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gəlib. Astara sərhəd-keçid məntəqəsindən təxliyə edilən Rusiyanın Xalq artisti, rejissor Fyodr Bondarçuk Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.(Report)

"Cebheinfo.az"