Həkimlərə qadağa QOYULUR?

Həkimlərə qadağa QOYULUR?

"Həkimlər xüsusilə özəl tibb müəssisələrində çox işləyirlər".

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Qüdrət Həsənquliyev bildirib ki, özəl tibb müəssisələrində həkimlər axsam saat 6-ya qədər xəstə qəbul edir, bundan sonra əməliyyat edirlər:

“İş vaxtından sonra yalnız təcilidirsə, həkimə əməliyyat etməyə icazə verilsin. Amma həkimlər bütün əməliyyatları saat 6-dan sonraya salır. 8 saatdan sonra adamın işdə səhv etmə ehtimalı artır. Bu, qadağan olunmalıdır. İcbari tibbi sığortadan sonra həkimlərə deyilir ki, yalnız hansı xəstəlikdən şübhələnirsənsə, şəxsi o sahəyə icbari tibbi sığorta çərçivəsində yoxlanışa göndərə bilərsən.

Həkimlərə icazə verilmir ki, lazım olan analizlərə xəstə göndərilsin. Xüsusilə terapevtlərə cəmi 2,7 manat sığorta pulundan vəsait qalır. Bu kifayət qədər az vəsaitdir”.

"Cebheinfo.az"