İçərişəhərdə uşaq festivalı olacaq

İçərişəhərdə uşaq festivalı olacaq

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Nağıllar aləmi İçərişəhər” adlı uşaq festivalı keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki,  saat 11:30-da uşaqların paradı ilə başlayacaq və 19:00-a qədər davam edəcək tədbir Qız Qalası meydanı, Qoşa Qala meydanı, Qüllə küçəsi, Bakı Xanlar Bağı, Arxeoloji Bağ, Kiçik Qala küçəsi, Dördbucaqlı Qala, Bakı Fotoqrafiya Evi və İçərişəhərin qalereyalarında baş tutacaq.Balacalar üçün teatr tamaşaları, konsertlər, oyunlar, rəsm və interaktiv sərgilər, ustad dərsləri təqdim olunacaq.

"Cebheinfo.az"