“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

“Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Bu gün regionumuzun dinc vəfiravan gələcəyinə töhfə vermək imkanımız var. Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir və biz bu yolla gedəcəyik. Sülh və firavanlıq şəraitində yaşamaq regionumuzun haqqıdır və məhz belə də olmalıdır”, - o bildirib.
"Cebheinfo.az"