Tramp Çinə tətbiq edilən tarifləri birtərəfli qaydada azaltmaq niyyətində deyil

Tramp Çinə tətbiq edilən tarifləri birtərəfli qaydada azaltmaq niyyətində deyil

ABŞ prezidenti Donald Tramp Çin üçün tarif dərəcələrini birtərəfli qaydada aşağı salmaq niyyətində deyil, Pekindən də güzəştlər lazımdır.

Bunu Ağ Evin mətbuat katibi Karolin Livitt brifinqdə deyib.

“Prezident öz mövqeyini saxlamaqda davam edir ki, o, Çinə tətbiq edilən tarifləri birtərəfli qaydada aşağı salmaq niyyətində deyil. Onlardan güzəştlər görməliyik”, - deyə o bildirib.

Qeyd edək ki, Çindən gələn mallara ABŞ-nin ümumi rüsumları hazırda 145%-ə çatır.

"Cebheinfo.az"