İnsanlıq əleyhinə cinayətlər: Bakı nələrə nail ola bilər?

İşğaldan azad olunan Xocalıda üçüncü dəfə kütləvi məzarlıq aşkarlanıb.
Kütləvi məzarlıqda aşkarlanan insan skeletlərinin qalıqlarının 7 nəfərə aid olduğu bildirilir.
Qeyd edək ki, Xocalıda ötən ilin fevralında iki kütləvi məzarlıq aşkarlanıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb. Onlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi yolu ilə Şuşa-Laçın yolunun birləşməsində aşkar edilib.
O bildirib ki, qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir:
“Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar”.
Onun sözlərinə görə, meyit qalıqlarının üzərində zorakılıq faktları aşkar görünür, meyitlərin kəllə, ayaq, əl sümüklərində küt alətlərlə vurulmuş zədə izləri var:
“Aşkar görünür ki, mülki şəxslərə qarşı zorakılıq hadisələri baş verib. Ekspert rəylərinə görə, onlardan çoxu qadınlardır”.
O qeyd edib ki, bu günə olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3 990 nəfər itkin düşmüş şəxs qeydiyyata alınıb:
“Son illərdə aparılan axtarış-qazıntı və eyniləşdirmə prosesləri nəticəsində 170 vətəndaşımızın taleyinə aydınlıq gətirilib. Bu gün burada Ermənistanın törətdiyi yeni cinayət faktı ilə üz-üzəyik. Uzun illər Ermənistan tərəfi Xocalı soyqırımı ilə bağlı özünəməxsus yanaşma nümayiş etdirib. Onlar yalandan deyirdilər ki, mülki əhali Xocalını tərk edərkən onlara dəhliz açılıb. Bu gün burada tapılan kütləvi məzarlıq göstərir ki, heç bir humanitar dəhlizdən söz gedə bilməz”.
Bildirək ki, ermənilər tərəfindən Qarabağ ərazisinin işğalı zamanı minlərlə azərbaycanlı qətlə yetirilib, əsir götürülüb, itkin düşüb. Artıq Qarabağ işğaldan azad edildikdən sonra ermənilər tərəfindən burada törədilən vəhşiliklərin bir daha şahidi oluruq ki, onlardan biri kimi də kütləvi məzarlıqlardır.
Real faktlara söykənən növbəti kütləvi məzarlığın aşkarlanması ilə bağlı Bakı bu istiqamətdə nələrə nail ola bilər?
Məsələ ilə bağlı millət vəkili Arzuxan Əlizadə "Cebheinfo.az"a bildirib ki, Xocalıda ötən əsrin sonlarında bəşəriyyətin faciəsi yaşanıb və ermənilər tərəfindən çox böyük masştablı soyqırımı həyata keçirilib:
"Bu insanlar əleyhinə olan cinayətə təəssüflər olsun ki, bütün beynəlxalq qurumlar, ictimaiyyət öz lazımi qiymətini verməyib. Təbii ki, bu istiqamətdə Azərbaycanın böyük səyləri olub. "Xocalıya ədalət" adlı kampaniya keçirilib.
Bir sıra ölkələrin parlametlərində Xocalı soqırımı tanınıb. Anaq hələ də Xocalı soyqırımını həyata keçirən, bu hərbi cinayətin, bəşəriyyət əleyhinə cinayətin başında dayanan, əsas hərəkətverici qüvvələri olanlar var ki, bu gün də çox rahatlıqla gəzirlər.
Bunlar Ermənistanın keçmiş prezidentləri də daxil olmaqla bir sıra Ermənistan rəsmiləridir. Köçəryanlar, sarkisyanlar, babayanlar, balasanyanlar və digərləri bu soyqırım aktının həyata keçirilməsinin bilavasitə iştirakçıları və rəhbərləri olublar.
Hətta Sarkisyan bir xarici mətbuata müsahibəsində belə bir ifadə işlətmişdi ki, "Xocalıya qədər azərbaycanlılar bizim nə dərəcədə ciddi olduğumuzu təsəvvür etmirdilər. Xocalıda biz soyqırımı həyata keçirdikdən, insanları qətlə yetirəndən sonra nəhayət Azərbaycan tərəfi başa düşdü ki, biz zarafat etmirik. Bizim məramımızın ciddiliyini başa düşdülər".
Əslində bu etirafdır. İnsanlığa qarşı cinayətin etirafıdır, ancaq bu adamlar hazırda sərbəst şəkildə yaşayırlar, müxtəlif platformalarda çıxışlar edirlər. Təbii ki, onların bir qismi məsuliyyətə cəlb olunub. Azərbaycan məhkəməsi qarşısında dayanıblar. Ancaq bəzən biz yenə də görürük ki, bu adamların da sərbəst buraxılması ilə Azərbaycana çağırışlar olur".
Millət vəkilinin sözlərinə görə, təəssüflər olsun ki, beynəlxalq müstəvidə hüquq da işləmir, ayaqlar altındadır və beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar da bəşəriyyət əleyhinə olan cinayətləri də görməzdən gəlirlər:
"Xocalıda aşkarlanan kütləvi məzarlıq ermənilərin vəhşiliklərinin növbəti bir sübutudur. Artıq yaxın məkanda üçüncü bir kütləvi məzarlıq aşkar olunub.
Qarabağın 30 ilə yaxın işğal altında qalan və artıq azad olunmuş ərazilərimizdə digər kütləvi məzarlıqlar da aşkar olunub. Biz bunu bütün beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq.
Növbəti dəfə ermənilərin vəhşiliyi, vandallığı yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir ki, XX əsrin sonlarında, sivil dünyada bu cür cinayət əməlləri, soyqırımı aktlarına yol verilir.
Ermənilər olmayan, guya onlara qarşı 1915-ci törədilən "soyqırım" hadisəsini, yalan bir məlumatı yayaraq bunu "həqiqətə" çeviriblər. Bu bəzi ölkələr tərəfindən də tanınıb.
Real fatktlara söykənən Xocalı faciəsi, soyqırımı var ki, bu faktlar dünya ictimaiyyətinin diqqətinə növbəti dəfə çatdırılmaqla bu məsələlər gündəmə gətirilməlidir".
Nigar Abdullayeva
"Cebheinfo.az"