Çindən vətəndaşlarına İran XƏBƏRDARLIĞI

Çin vətəndaşlarına İrana səyahətdən çəkinmələrinə dair tövsiyəsini bir daha təkrarlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Kommunist Partiyasının (ÇKP) nəşri olan "Global Times" qəzetinin xəbərinə görə, Çinin Tehrandakı səfirliyi vətəndaşlarına İrana səyahət etməmələri ilə bağlı yeni bəyanat yayıb.
Bəyanatda İsraillə atəşkəsə baxmayaraq, İranda vəziyyətinin hələ də “qarışıq” olduğu qeyd olunub. İranda olan Çin vətəndaşlarına isə təhlükəsizlik xəbərdarlıqlarına əməl etmələri, təcili vəziyyətlərə hazır olmaları və həssas bölgələrdən uzaq durmaları tövsiyə olunub.
Nigar Hacılı
"Cebheinfo.az"