Layihənin icrasının hazırlıq işləri başa çatıb

Layihənin icrasının hazırlıq işləri başa çatıb

Azərbaycan Respublikasının Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “AZƏRİ” Tat Mədəniyyət Mərkəzi İB-nin “Dilimiz varlığımızdır-Tat dilinin müxtəlif (cənub,mərkəz və şimal) ləhcələri lüətinin hazırlanması və nəşri layihəsinin icrasına başlanmışdır.

Bu barədə “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri Elman Əhmədov məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi: 

-  Azərbaycanda uzaq keçmişdən başlayaraq tatlar türk soyköklü bir xalq ilə yanaşı və birlikdə yaşamışlar. Tatlara öz ana dilləri  tədris edilməmişdir. Nəticədə həmin dildə olan sözlərin müəyyən qismi unudulmuş,  işlənmə dairəsi daralmış və lüğət ehtiyatı getdikcə kasıblaşmışdır. 

İdeya müəllifləri tatların müxtəlif bölgələrdə yaşadığını nəzərə alırlar. Düşünürlər ki, regiondan asılı olmayaraq hər bir tat dili daşıyıcısı, o cümlədən dil araşdırıcıları, tərcüməçilər, tat dilini tədris edən müəllimlər və bu dili öyrənən şagirdlər Azərbaycan dili-Tat dilinin müxtəlif (cənub,mərkəz və şimal) ləhcələri lüətindən istifadə zamanı bir-birlərini asanlıqla başa düşəcəklər.

Layihə çərçivəsində hazırlanacaq lüğətdə şimal, mərkəz və cənub tatlarının leksik dil xüsusiyyətləri nəzərə alıncaq, sözlər əlifbada nəzərdə tutulmuş qrafikada veriləcək və səslərin tələffüzləri diqqət mərkəzində saxlanılacaqdır. Lüğətlə işləyən hər kəs unudulmuş sözləri  yenidən xatırlayacaq və tat dilinin imkanlarından daha səmərəli istifadə etməyə başlayacaqlar. Lüğət həm də ona görə əhəmiyyətli olacaq ki, şagirdlər tat dilini öyrənərkən o, mövcud dərsliklərə güclü şəkildə yardım edəcək.

Artıq bir sıra təşkilati işlər: Layihə rəhbəri və mühasiblə əmək müqavilələri icra olunub. Azərbaycan dili-tat dilinin ləhcələri lüğətinin materiallarını toplamaq üçün Layihə rəhbəri, lüğətin tərtibatçısı və 3 ləhcə üzrə mütəxəssislərdən ibarət işçi qrup yaradılıb.Layihə rəhbəri tərtibatçılarla görüçlər keçirilib vəzifə bölgüləri aparılıb. Lüğətin tərtibatçılarının (işçi qrupu) iştirakı ilə “AZƏRİ” Tat Mədəniyyət Mərkəzi İB-nin idarə heyyətinin iclası keçirilib. Bir sözlə işlərin qaynar çağı başlayıb.               

Yuxarıdakı şəkil Layihə rəhbəri Elman Əhmədovun tərtibatçı Dadaş Əliyevlə görüşünü, aşağıdakı isə Elman Əhmədovla tərtibatçı Fərman Əliyev və dil daşıyıcısı Fərman Əhmədovla görüşünü əks etdirir.

"Cebheinfo.az"