Ermənistanda zəlzələ olub

Ermənistanda 1,9 maqnitudalı zəlzələ olub.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Yerli vaxtla saat 07.48 radələrində baş verən zəlzələnin ocağı Martuni şəhərindən 6 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 2-3 bal, o cümlədən Martuni şəhərində, Eranos, Liçk, Tsaxkar və Vardadzor kəndlərində 2 bala qədər hiss olunub.
“Cebheinfo.az”