Klublararası dünya çempionatı: PSJ "Bavariya"nı 9 nəfərlə məğlub etdi

Klublararası dünya çempionatı: PSJ "Bavariya"nı 9 nəfərlə məğlub etdi

Klublararası Dünya Çempionatının 1/4 final mərhələsi çərçivəsində keçirilən PSJ - "Bavariya" matçı başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, Atlantada (ABŞ) "Mercedes-Benz" stadionunda baş tutan oyunda dramatik anlar yaşanıb. 2 qırmızı vərəqə alan PSJ kollektivi rəqibindən üstün olmağı bacarıb - 2:0.

Qolları 78-ci dəqiqədə Douai, 90+6-cı dəqiqədə Dembele vurublar.

Maraqlıdır ki, PSJ ikinci qolunu məhz doqquz nəfərlə qaldıqdan sonra vurub.

Yarımfinal matçında PSJ "Real Madrid" - "Borussiya" (Dortmund) matçının qalibi ilə qarşılaşacaq.

https://t.me/xeberleroxu/126647?single

"Cebheinfo.az"