"Çelsi" "Borussiya"nın yarımmüdafiəçisini transfer edib

Londonun "Çelsi" klubu Dortmund "Borussiya"sının cinah yarımmüdafiəçisi Ceymi Gittensi transfer edib.
"Report"un məlumatına görə, bu barədə ingilis klubunun mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, futbolçu ilə müqavilə 2032-ci ilin yayına qədər bağlanıb. "Transfermarkt" portalının məlumatına görə, transferin məbləği 64,3 milyon avro təşkil edib.
Ceymi Gittens "Mançester Siti"nin yetirməsidir. Futbolçu Dortmund "Borussiya"sının gənclər komandasına 2020-ci ilin sentyabrında qoşulub. 2022-ci ilin yayından etibarən hücumçu "arılar"ın əsas heyətində çıxış edib.
Ceymi Gittens 2024/2025-ci illər mövsümündə bütün turnirlərdə klub üçün 49 oyun keçirib. 20 yaşlı cinah oyunçusu bu oyunlarda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
"Cebheinfo.az"