Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqlayıb - YENİLƏNİB

Azərbaycanlı müğənni Albina Pyakşevanın Meksika-ABŞ sərhədində öldürülməsi barədə məlumat yayan Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva yeni açıqlama yayaraq, müğənninin sağ olduğunu bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Leyla Əfəndiyeya bu barədə “Facebook” hesabında paylaşım edib.
“Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır”, - deyə o paylaşımında yazıb.
Albina Pyakşevanın adının açıqlanmasını istəməyən dostu da APA-ya açıqlamasında müğəninin öldürülməsi barədə xəbərin yalan olduğunu bildirib.
“Caz ifaçısı Albina Pyakşevanın Meksika-ABŞ sərhədində öldürülməsi xəbəri həqiqəti əks etdirmir", – deyə o qeyd edib.
19:38
Azərbaycanlı müğənni caz ifaçısı Albina Pyakşeva Amerika ilə Meksika sərhədində öldürülüb.
Bu barədə APA-ya Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva məlumat verib.
“Dünən axşam bu barədə məlumat aldım. Kimin tərəfindən öldürüldüyünü bilmirəm. Bildiyim odur ki, sərhəddə öldürülüb”, – deyə Leyla Əfəndiyeva bildirib.
"Cebheinfo.az"