Lukaşenko qıtlıqdan Putinə şikayət edib: “Hər şeyi sizə satıblar”

Lukaşenko qıtlıqdan Putinə şikayət edib: “Hər şeyi sizə satıblar”

Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə kartof çatışmazlığı ilə bağlı vəziyyəti müzakirə edib.

O qeyd edib ki, Belarus rəhbərinin sözlərinə görə, bütün məhsul Rusiyaya satılıb.

“Cebheinfo.az” bu barədə “RİA Novosti”-yə istinadən yazır. 

Bundan əvvəl Rusiyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşündə aqrar sahəni müzakirə edərkən Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin onun diqqətini Belarusda kartofun tükənməsinə yönəldib və buna cavab olaraq təəccübünü bildirib.

"Dünən müxtəlif biznes sahələrinin, o cümlədən, kənd təsərrüfatı sektorunun nümayəndələri ilə görüşdüm. Məlum oldu ki, bizdə kartof çatışmır. Bəli. Mən Lukaşenko ilə danışdım, o dedi ki, artıq hər şeyi Rusiyaya satıblar. Deməli, görüləsi işlər var", - deyə Putin Müşahidə Şurasının iclasında bildirib. 

Xəzər
“Cebheinfo.az”