NASA rəhbəri: Çin yeni Ay missiyasında ABŞ-ni qabaqlaya bilər
ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) direktoru Cared Ayzekman Çinin Birləşmiş Ştatlardan əvvəl Aya insan göndərə biləcəyini bildirib.
O, bu barədə CBS telekanalının efirində bildirib.
"Çin Aya öz taykonavtlarını göndərəcək. Buna şübhə yoxdur", - Ayzekman deyib.
Onun sözlərinə görə, əsas məsələ ABŞ-nin Çindən əvvəl Aya qayıdıb orada uzunmüddətli mövcudluq yarada biləcəyidir.
"Hazırda kosmik yarışdayıq. Çinlilər isə inanılmaz sürətlə irəliləyirlər", - NASA rəhbəri vurğulayıb.
Ayzekman xatırladıb ki, NASA 2032-ci ilə qədər Aya insanlı Amerika stansiyası yerləşdirmək niyyətindədir. O əlavə edib ki, peykdən nəticədə Marsa pilotlu ekspedisiyaya imkan verəcək texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.
"Cebheinfo.az"

