Bakı-Tbilisi-Bakı reysindən daha bir şikayət - FOTO

Bakı-Tbilisi-Bakı reysindən daha bir şikayət - FOTO

Son günlər sosial şəbəkələrdə Bakı-Tbilisi-Bakı qatarına bilet satışı  ilə bağlı vətəndaşların narazalıqları yer alır. 

Bəzi vətəndaşlar gecə saatlarından növbəyə dayansalar da, bilet əldə edə bilmədiklərini deyirlər, hətta biletlərin tur şirkətlərinə satıldığı ilə bağlı məlumatlar yayılır. Bir sosial şəbəkə istifadəçisi isə qarşılaşdığı problemi "Müştəriyəm, şikayətim var" səhifəsində belə ifadə edib: 

“Şikayətim Azərbaycan Dəmir Yollarındandır (ADY). Tbilisiyə 30 gün öncəyə bilet almışdım. Sonra planımda dəyişiklik etmək istədim, əgər bilet olarsa, başqa günə olarsa. 

Mən də onların həm “Facebook”, həm “Instagram” hesablarına yazdım. Mesajlarında da qeyd ediblər ki, 24 saatdan erkən olarsa, ödənişdən tutulma olmayacaq. 

Başqa günə, daha uyğun günə bilet olduğunu görəndə təxmini 25 gün qalmış  mən də əvvəlki biletimi qaytardım. Gördüm ki, 59 manat qaytardılar, 20 manata yaxın isə tutdular. Əgər belə idisə, öncədən qeyd edərdilər. Öz səhvlərinə görə niyə onlara əlavə 20 manat ödəməliyəm?”

Vətəndaşın qeyd etdiyi müraciətə müvafiq qurum necə cavab verir?

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarından “Cebeinfo.az”-a bildirilib ki, vətəndaşın qeyd etdiyi məsələ araşdırılacaq.     

Nigar Abdullayeva
“Cebheinfo.az