Netanyahu: İran məsələsində İsraillə ABŞ arasında fikir ayrılığı yoxdur

Netanyahu: İran məsələsində İsraillə ABŞ arasında fikir ayrılığı yoxdur

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsi ilə ABŞ arasında İran da daxil olmaqla siyasi məsələlərdə fikir ayrılığının olmadığını bildirib.

O, bu barədə "Fox News" telekanalının efirində deyib.

"Düşünmürəm ki, fikir ayrılıqları var", - Netanyahu iki ölkə arasındakı münasibətlərdən danışarkən bildirib.

Onun sözlərinə görə, İsrail ABŞ-nin nümunəvi müttəfiqidir, çünki həqiqətən Vaşinqtonla çiyin-çiyinə mübarizə aparır.

"Düşünürəm ki, əsl sual İranla bağlı fərqli məqsədlərimizin olub-olmamasıdır. Cavab - "yox", - Baş nazir vurğulayıb.

O qeyd edib ki, İsrail və ABŞ İranın nüvə silahı proqramından imtina etməsinə, zənginləşdirilmiş materialları çıxarmasına və uran zənginləşdirmə qurğularını sökməsinə çalışır. "Bizim başqa ortaq məqsədlərimiz də var", - Netanyahu əlavə edib.

"Cebheinfo.az"