Netanyahu livanlılara müraciət etdi

Netanyahu livanlılara müraciət etdi

İsrail Baş naziri Benyamin Netanyahu livanlılara videomüraciət edib.

“Qafqazinfo” xəbər verir ki, müraciətdə o, İsrailin Livan xalqı ilə deyil, “Hizbullah” ilə müharibə apardığını bildirib. 

Nazir “Hizbullah”ı Livanı girov saxlamaqda, İranın göstərişlərini yerinə yetirməkdə və ölkə ərazisindən İsrailə qarşı hücumlar təşkil etməkdə ittiham edib.

Netanyahu həmçinin İsrailin Livanla sülh istədiyini qeyd edərək, iki xalqın gələcəkdə quruculuq işləri apara biləcəyini deyib.

"Cebheinfo.az"