İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

“Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilir.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

“Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi təmin edilsin”, - deyə sənəddə qeyd edilib.

"Cebheinfo.az"