Peskov: “Zelenski məktubu Putinə çatdırmağın başqa yolunu tapa bilərdi”

Peskov: “Zelenski məktubu Putinə çatdırmağın başqa yolunu tapa bilərdi”

Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinə məktub çatdırmağın başqa bir yolunu tapa bilərdi.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb. O əlavə edib ki, sənəd Putinə müəyyən edilmiş rəsmi qaydada çatdırılıb.

"Əgər məktub çatdırmaq istəyirsinizsə, edin. Əgər meqafondan istifadə edirsinizsə, ona məktub deməyin", - deyə Peskov "Vesti" jurnalisti Pavel Zarubinlə söhbətində bildirib.

Xatırladaq ki, 4 iyunda Ukrayna Prezidenti öz saytında Rusiya Prezidentinə açıq məktub dərc edib.

Məktubunda Zelenski görüş təklif edib və eyni zamanda Putinə qarşı bir sıra ittihamlar irəli sürüb.

Rusiya Prezidenti daha sonra bildirib ki, hazırda şəxsi görüşün mənası yoxdur.

Daha sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Zelenskinin məktubunda "bir neçə kobud səhv" var.

Xəzər
“Cebheinfo.az”