Putin və Tramp bir-birlərini təbrik etdilər

Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp Qələbə Günü münasibətilə köməkçiləri vasitəsilə bir-birini təbrik ediblər.
"Cebheinfo.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov “Birinci Kanal”a şərhində bildirib.
“Rusiya prezidenti və prezident Tramp öz köməkçiləri vasitəsilə ümumi bayramımız münasibətilə bir-birini təbrik ediblər”, - Uşakov bildirib.
"Cebheinfo.az"