Putini şoka salan “Hörümçək toru”: Zelenski detalları açıqladı

Putini şoka salan “Hörümçək toru”: Zelenski detalları açıqladı

Prezident Vladimir Zelenski Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk  görüşdüyünü və Ukrayna pilotsuz təyyarələrinin Rusiya hərbi aerodromlarına hücumu zamanı “Hörümçək toru” əməliyyatının nəticələrinə dair onun hesabatını dinlədiyini bildirib.

“Cebheinfo.az” xəbər verir ki,  "Tamamilə parlaq nəticədir. Ukraynanın müstəqil nəticəsidir. Planlamanın başlanğıcından effektiv icraya qədər bir il altı ay doqquz gün keçib. Bizim ən uzunmüddətli əməliyyatımızdır", - Ukrayna Prezidenti “Telegram”-da yazıb:

"Əlbəttə, indi hər şeyi deyə bilmərik, amma Ukraynanın bu hərəkətləri mütləq tarix kitablarında qalacaq. Ukrayna özünü müdafiə edir və tamamilə haqlıdır, biz hər şeyi edirik ki, Rusiya bu müharibəni bitirmək ehtiyacını hiss etsin".

Axşam xalqa müraciətində Zelenski əməliyyatın bəzi detallarını açıqlayıb. Onun sözlərinə görə, əməliyyata ümumilikdə 117 FPV pilotsuz uçan aparatı və eyni sayda pilotsuz təyyarə operatoru cəlb olunub:

"Ən maraqlısı -bunu artıq açıq şəkildə demək olar - Rusiya ərazisindəki əməliyyatımızın "ofisi" onların bölgələrindən birində Federal Təhqiqatlar Bürosunun Direktorluğunun düz yanında yerləşirdi",-deyə o bildirib. “Baza aerodromlarında olan strateji qanadlı raket daşıyıcılarının 34 faizi vurulub. Adamlarımız Rusiyanın müxtəlif bölgələrində - üç saat qurşağında fəaliyyət göstərirdi. Bizimkilər isə əməliyyatdan bir gün əvvəl Rusiya ərazisindən çıxarılıblar, bizə kömək edənlər indi sağ-salamatdırlar”.

Ukraynanın  “Hörümçək toru” əməliyyatı çərçivəsində iyunun 1-də pilotsuz təyyarələr Ryazan vilayətindəki “Dyagilevo”, Murmansk vilayətindəki “Olenya”, İrkutsk vilayətindəki “Belaya” və İvanovo vilayətindəki “İvanovo” hərbi aerodromlarına hücum edib. Pilotsuz təyyarələr aviabazaların yaxınlığında magistral yolda dayanmış yük maşınlarından buraxılıb. Bildirildiyi kimi, ümumilikdə pilotsuz uçuş aparatları Rusiya strateji aviasiyasının 41 təyyarəsini, o cümlədən A-50, Tu-95 və Tu-22 M3-ü məhv edib.

Rusiya Müdafiə Nazirliyi etiraf edib ki, Ukrayna pilotsuz təyyarələri Amur vilayəti də daxil olmaqla 5 regionda hərbi aerodromlara hücum edib. Hərbi qurumların məlumatına görə, Murmansk və İrkutsk vilayətlərində bir neçə təyyarədə yanğın baş verib:

“İvanovo, Ryazan və Amur vilayətlərindəki hərbi aerodromlarda isə bütün terror hücumları dəf edilib”.

Xəzər
“Cebheinfo.az”