Azərbaycanlı zəvvarlar bu axşam Həcc ayinlərinə başlayırlar

Azərbaycanlı zəvvarlar bu axşam Həcc ziyarətinin əsas ayinlərinə başlayırlar.
Bu barədə "Report"a açıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.
"Kim istəsə, tərviyəyə çıxır. Bizim hacıların təxminən 50-60 faizi Minaya gedəcək. Məkkədə qalan hacılar isə sabah gecə Ərəfata qalxacaqlar və birisi gün səhər Ərəfatda olacaqlar. Minada tərviyəyə gedən hacılarımız isə sübh namazından sonra Ərəfata gələcəklər", - QMİ rəsmisi deyib.
V.Cahangiri bütün zəvvarların Ərəfatda olacağını qeyd edib:
"Ərəfat günü Qurban bayramından bir gün əvvəldir. Zəvvar gəlib Ərəfatda durmasa, Həcc ziyarəti sayılmır. Zülhiccə ayının 9-u, yəni iyunun 5-də hacıların hamısı Ərəfatda durub ibadətlərini etməlidirlər".
"Cebheinfo.az"