"Şamaxı" futbolçusu ilə müqavilə müddətini uzadıb

"Şamaxı" futbolçusu ilə müqavilə müddətini uzadıb

Yeni mövsüm öncəsi heyətini formalaşdıran "Şamaxı" qapıçısı Abdulla Seydəhmədovla müqavilə müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni sözləşməyə əsasən 28 yaşlı qolkiper daha 1 il əyalət təmsilçisinin şərəfini qoruyacaq.

"Cebheinfo.az"