Avropa siyasətini sarsıdan İSTEFA 

Avropa siyasətini sarsıdan İSTEFA 

Niderlandda sağçı populist Azadlıq Partiyasının lideri Geert Vildersin koalisiya hökumətindən çəkilməsindən sonra Baş nazir Dik Sxof vəzifəsini tərk etmək qərarını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Sxof hökumətin müvəqqəti hökumət kimi fəaliyyətini davam etdirəcəyini və təhlükəsizliklə bağlı məsələlərdə irəliləyiş əldə etməyə çalışacağını bildirib. 

Müxalifət partiyaları isə artıq növbədənkənar seçkilərə çağırışa başlayıb. Xristian Demokrat Çağırış (CDA) partiyasının lideri Henri Bontenbal iki illik "sınaq və siyasi xaosdan" sonra yeni seçkilərin "ən yaxşı seçim" olduğunu deyib. O, daha "sakit, təmiz və nizamlı" bir hökumət qurmağa çağırıb.

Demokratlar 66 (D66) Partiyasının lideri Rob Yetten isə koalisiyanın dağılmasına təəccüblənmədiyini bildirib: 

“Bu gün olmasaydı, hər kəs qarşıdakı həftələrdə bunu gözləyirdi".

Yetten digər koalisiya tərəfdaşlarının Geert Vilders tərəfindən "girov götürüldüyünü" də iddia edib.

Əfsanə Rəcəb
"Cebheinfo.az