Niderlandın baş naziri istefa verdi

Niderlandın Baş naziri Dik Şuf ifrat sağçı Azadlıq Partiyasının (PVV) koalisiyadan çıxmasından sonra istefa verdiyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, hökumətin istefasını Niderlandın kralı Villem Aleksandra təqdim edəcəyini deyib.
“Nazirlərin iclasında belə qənaətə gəldik ki, Azadlıq Partiyasının getməsi ilə koalisiyanın parlamentdə kifayət qədər dəstəyi yoxdur”, - deyə o, Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.
"Cebheinfo.az"