Qalibaf: İslam ölkələri yeni bir nizam qurmalıdır

Qalibaf: İslam ölkələri yeni bir nizam qurmalıdır

Qərbi Asiya və İslam ölkələri öz imkan, resurs və xalqına arxalanan yeni bir nizam qurmalıdır.

Bunu İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Bakıda türkiyəli həmkarı Numan Kurtulmuşla görüşdə deyib.

İran mediasında yayılıan məlumata görə, artıq Tehrana qayıdan Qalibaf İslam Respublikasına qarşı aparılan 40 günlük müharibədən sonra ABŞ-nin gücünün azaldığını və Yaxın Şərqdə gərginliyi İsrailin yaratdığını bildirib.

N. Kurtulmuş vurğulayıb ki, İrana qarşı müharibənin heç bir beynəlxalq legitimliyi yox idi: "Biz İran hökumətinin və xalqının yanındayıq, Türkiyəni kədərinizə şərik hesab edin".

Xatırladaq ki, Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilib. Qalibaf və Kurtulmuşun görüşü də sessiya çərçivəsində baş tutub.

"Cebheinfo.az"