Taleh Boradigahi oxumayacaq:"Dövlət Komitəsi mənə qadağa qoyib"

Taleh  Boradigahi oxumayacaq:"Dövlət Komitəsi mənə qadağa qoyib"

Mərsiyəxan Seyid Taleh Boradigahiyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qadağa qoyulub. 

O, buna görə də bu gün və sabah keçiriləcək Tasua və Aşura mərasimlərində iştirak etməyəcək.

"Cebheinfo.az" xəbər verir ki,  bunu o özü sosial şəbəkə hesabında paylaşıb. Bildirib ki, bu səbəbdən heç bir məsciddə  çıxış etməyəcək:

"Səbəbini bilmirəm. Komitə hansı səbəbdən mənə qadağa qoyur?  Səbəb nədir ki, bu əsas günləri mən evimdə qslmalıyam?  Mən dərdimi kimə deyim? Əlim heç kimə çatmır. Mən səsimlə xidmət edirəm, Məhərrəmlikdə vətənimdə olmaq istəyirəm. Ancaq vətəndın didərginəm". 

https://vt.tiktok.com/ZSCNBmGGk/

Xəzər 
"Cebheinfo.az"