Kritik layihə ləğv edilir
Almaniyanın Hərbi Dəniz Qüvvələrinin ən böyük silahlanma layihələrindən biri olan "F126" tipli freqat proqramını dayandırmağı nəzərdən keçirdiyi iddia edilib.
"Cebheinfo.az" xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius uzun müddətdir texniki və maliyyə problemləri ilə gündəmdə olan "F126" freqatlarının istehsalının davam etdirilməsini istəmir.
"F126" layihəsi üçün 2020-ci ildə dövrün müdafiə naziri Ursula von der Lyeyenin zamanında verilən sifarişdən bəri 2 milyard avrodan çox vəsait xərcləndiyi bildirilir.
"Der Spiegel" jurnalının xəbərinə görə, "Rheinmetall" şirkəti may ayında Almaniya Müdafiə Nazirliyinə layihəni ümumilikdə 12,8 milyard avroluq büdcə ilə davam etdirmək təklifini irəli sürüb.
Xəbərdə Pistoriusun artıq səkkiz ədəd "Meko" tipli freqatın satın alınması variantını dəyərləndirdiyi qeyd olunub.
Beləliklə, "F126" proqramının ləğv ediləcəyi təqdirdə, ilk "Meko" freqatının ən geci 2029-cu ilin dekabrında donanmaya təhvil verilməsinin hədəfləndiyi vurğulanıb.
"Der Spiegel" Pistoriusun mövzu ilə bağlı Almaniya Kansleri Fridrix Mertsi məlumatlandırdığını iddia etsə də, Almaniya Müdafiə Nazirliyi məsələ ilə bağlı sualları hələlik cavablandırmayıb.
Nigar Hacılı
"Cebheinfo.az"


