Bu xəstəxananın direktoru işdən çıxarıldı

Bu xəstəxananın direktoru işdən çıxarıldı

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov işdən çıxarılıb.

​​​​​​"Cebheinfo.az"ın məlumatına görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Məlumata görə, İ. İsmayılovun artıq ərizəsi alınıb.

Qeyd edək ki, İ. İsmayılov 2023-cü ildən bu vəzifədə çalışıb.

"Cebheinfo.az"