Rusiyanın 4 saatlıq KABUSU

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Ukraynaya məxsus 162 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, nazirlik Ukraynanın gecə saatlarında PUA-larla Rusiya ərazisinə hücum etdiyini bildirib. Qeyd olunub ki, dünən yerli vaxtla saat 20:00-02:00 arasında Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynaya məxsus 162 PUA vurulub, onlardan 57-si Kurskda, 31-i Belqorodda, 27-si Lipetskdə, 16-sı Voronejdə, 11-i Bryanskda, 11-i Ryanskda, 6-sı Oryol, 1-nin Tamov vilayətində, 2-si ilhaq edilmiş Krımda vurulub. Dünən də Ukraynanın PUA-larla Rusiyanın Murmansk, Ryazan, İrkutsk və İvanovo vilayətlərindəki hərbi hava limanlarına hücumlar təşkil etdiyi bildirilmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"