Rusiyanın məhv edilmiş təyyarələri: Peykdən ilk GÖRÜNTÜLƏR

Ukraynanın Rusiyanın İrkutsk vilayətində yerləşən “Belaya” aviabazasına hücumundan sonra bazanın ilk peyk görüntüləri yayılıb.
"Cebheinfo.az" UNİAN-a istinadən xəbər verir ki, şəkillər aviabazadakı dağıntıları göstərir. Eyni zamanda, Tu-95MS və Tu-22M3 təyyarələrinin vurulduğunu təsdiqləyir.
Görüntülərə əsasən, hücum nəticəsində 4 ədəd Tu-22M3, 3 ədəd Tu-95MS təyyarəsi məhv edilib, bir Tu-95MS isə zədələnib.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, "Hörümçək toru" əməliyyatı zamanı ən azı 41 təyyarə vurulub.
Ukraynanın məlumatına görə, “Hörümçək toru” əməliyyatı çərçivəsində iyunun 1-də pilotsuz təyyarələr Ryazan vilayətindəki “Dyagilevo”, Murmansk vilayətindəki “Olenya”, İrkutsk vilayətindəki “Belaya” və İvanovo vilayətindəki “İvanovo” hərbi aerodromlarına hücum edib. Pilotsuz təyyarələr aviabazaların yaxınlığında magistral yolda dayanmış yük maşınlarından buraxılıb. Bildirildiyi kimi, ümumilikdə pilotsuz uçuş aparatları Rusiya strateji aviasiyasının 41 təyyarəsini, o cümlədən A-50, Tu-95 və Tu-22 M3-ü məhv edib.
Xəzər
"Cebheinfo.az"