Türkiyəli hərbi ekspert Ukraynanın əks-hücumundan DANIŞDI

“Ukraynanın Rusiya ərazisindəki strateji hərbi hava bazalarına təşkil etdiyi genişmiqyaslı pilotsuz təyyarə hücumlarının arxasında təkcə operativ və simvolik zərbə niyyətləri dayanmır”.
"Cebheinfo.az" xəbər verir ki, bunu tanınmış türkiyəli hərbi ekspert Abdullah Ağar özünün “X” hesabında yazıb.
Hərbi ekspert bu hücumların qlobal nüvə balansını pozmaq riski daşıdığını qeyd edib.Onun fikrincə, Ukraynanın zərbələri nəticəsində nüvə başlığı daşımağa qadir “Tu-95” və “Tu-22M3” bombardmançıları, habelə strateji xəbərdarlıq və komanda təyinatlı “A-50” təyyarələri zərər görüb.
"Daha ciddi məqam isə ondan ibarətdir ki, Murmansk vilayətində yerləşən, Rusiya HDQ-ə məxsus Şimal Donanmasının əsas bazası olan Severomorsk ərazisi də hücum hədəfinə çevrilib. Bu isə yalnız hava qüvvələrini deyil, Rusiya nüvə sualtı donanmasını da təhdid altına salır", - deyə Ağar yazıb.
O bildirib ki, Rusiya nüvə doktrinasına əsasən, kritik hərbi infrastrukturun sıradan çıxarılması və nüvə qüvvələrinin fəaliyyətinin pozulması halında nüvə cavabı verilməsi mümkündür, indi böyük bir sual ortadadır:
“Rusiya bu hücumlara necə cavab verəcək? Bu zərbələr Kremlin nüvə strategiyasını və qlobal nüfuzunu hədəfə alıbsa, Moskvanın reaksiyası hansı səviyyədə olacaq?", - deyə Abdullah Ağar vurğulayıb.
Səbinə Uğur
"Cebheinfo.az"