İran ziyanı etiraf etdi: Təzminat istəyir

İran ziyanı etiraf etdi: Təzminat istəyir

“İranın nüvə obyektləri İsrail və ABŞ-ın son zərbələri nəticəsində xeyli ziyan çəkib”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi IRIB telekanalında bildirib ki,

"İki günlük atəşkəs fasiləsindən sonra İranın Atom Enerjisi Təşkilatının mütəxəssisləri hücumların nəticələrini hərtərəfli qiymətləndirirlər. Artıq zərərin ciddi olduğunu deyə bilərik", - XİN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, bəzi tikili və obyektlər dağıdılıb:

“Bu, dəymiş ziyanın ödənilməsi məsələsini gündəmə gətirir”.

İsrailin İrana qarşı hərbi əməliyyatı iyunun 13-nə keçən gecə başlayıb. Bir gün keçməmiş Tehran cavab verib. ABŞ iyunun 22-də İrandakı üç nüvə obyektinə zərbə endirərək münaqişəyə daxil olub. Ertəsi gün axşam İran Qətərdəki Amerika Əl-Udeyd aviabazasına raket zərbələri endirib.

Daha sonra ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəslə bağlı razılığın əldə olunduğunu açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib.

Xəzər

“Cebheinfo.az”