Görünməmiş ziyan: İsrailə müharibədə dəyən zərər açıqlandı

İranla son silahlı qarşıdurma nəticəsində İsrailə dəyın ziyan təxminən 3 milyard dollar təşkil edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə iyunun 26-da “Bloomberg” agentliyi İsrail Maliyyə Nazirliyi və Vergilər İdarəsinin hesablamalarına istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, bu məbləğ atəş zamanı zədələnmiş mülki infrastrukturun bərpası xərclərini, eləcə də zərər çəkmiş müəssisələrin kompensasiyasını əhatə edir. Bununla belə, hesablamaya münaqişədə istifadə edilən silah və hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarının artırılması xərcləri daxil deyil.
"Bu, görünməmiş bir hadisədir. İsrail indiyə qədər heç vaxt belə miqyasda zərərlə üzləşməyib", deyə Vergi İdarəsinin rəhbəri Şay Aaronoviç bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ballistik raket hücumlarının İsrailə ciddi ziyan vurduğunu bildirib. O, həmçinin vurğulayıb ki, Baş nazir Benyamin Netanyahu ölkənin silahlı münaqişədə necə iştirak etdiyi ilə qürurlana bilər.
Xəzər
“Cebheinfo.az”