Aliment ödəmək məcburidirmi?

Bir çox boşanan ailələrdə əsas problemlərdən biri alimentin ödənməsi ilə bağlıdır.
Belə ki, qarşı tərəf, yəni boşanmış bəzi kişilər aliment ödəməkdən imtina edirlər. Onları düşündürən əsas sual odur ki, aliment ödənişi, o cümlədən, qadın həmin kişini övladı ilə görüşməyə qoymursa aliment ödəmək məcburidirmi?
Bu suala cavab olaraq hüquqşünas Könül Rüstəmli “Cebheinfo.az”-a bildirib ki, ana uşaqla görüşə mane olsa belə, uşağın saxlanması üçün nəzərdə tutulan aliment hər bir halda ödənilməlidir.
Nigar
"Cebheinfo.az"