Tornado yaşayış məntəqələrini VURDU

Tornado yaşayış məntəqələrini VURDU

Çilinin cənubunda tornado nəticəsində 13 nəfər xəsarət alıb.

"Cebheinfo.az" xəbər verir ki, Çili Meteorologiya Müdirliyinin məlumatına görə, tornado maksimum sürəti saatda 178 kilometrə çatıb və bəzi məhəllələrdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Çilinin cənubunda tornado baş verib, 13 nəfər xəsarət alıb, 250 evə ziyan dəyib. Milli Fəlakətin Qarşısının Alınması və Cavab Xidmətinin (SENAPRED) verdiyi açıqlamaya görə, ölkənin cənubundakı Puerto Varas qəsəbəsində tornado baş verib. Açıqlamada tornado nəticəsində 13 nəfərin yaralandığı, 250 evin də zərər gördüyü bildirilib.

Açıqlamada Puerto Varasda mümkün yeni tornadolara qarşı tədbir olaraq qırmızı həyəcan elan edildiyi və qəsəbədəki bütün məktəblərdə təhsilin dayandırıldığı bildirilib. SENAPRED direktoru Alicia Cebrian Lopez, "X" sosial media platformasında verdiyi açıqlamada, güclü küləklərin təsirini davam etdirdiyini ifadə edərək, vətəndaşları elektrik xətlərindən və pəncərələrdən uzaq durmağa çağırıb.

Nigar Hacılı

"Cebheinfo.az"