Ukraynalı uşaqlar reabilitasiya üçün Bakıya gəliblər

Ukraynalı uşaqlar reabilitasiya üçün Bakıya gəliblər

Ukraynalı uşaqlar reabilitasiya proqramı çərçivəsində Bakıya gəliblər.

Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" sosial şəbəkə hesabında yazıb.

"Ukraynalı 30 uşaqdan ibarət qrup növbəti iki həftəni Azərbaycanda xoş keçirmək üçün reabilitasiya proqramı çərçivəsində bu gün Bakıya gəlib", - o bildirib.

Səfirin sözlərinə görə, indiyədək 662 ukraynalı uşaq bu proqramdan yararlanıb:

"Azərbaycana xoş gəlmisiniz".