Gəncə Şəhər Birləşmiş Xəstəxanasını o idarə edəcək
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktor vəzifəsinin icrası Səbuhi Həsənova həvalə edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Anar Bayramov müvafiq əmr imzalayıb.
Belə ki, bir neçə gün öncə vəzifəsindən azad olunmuş sabiq direktor İlkin İsmayılovun səlahiyyətlərini Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq xəstəxanasının direktoru Səbuhi Həsənov icra edəcək.
"Cebheinfo.az"

