Şəmkirdə müəllimlərin düşdüyü qəza ilə bağlı AÇIQLAMA

Şəmkirdə müəllimlərin düşdüyü qəza ilə bağlı  AÇIQLAMA

Ötən gün Şəmkirdə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, qəzada xəsarət alan 2 nəfər (1-i qadın cinsli, 1-i kişi cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

2001-ci il təvəllüdlü şəxsə (qadın cinsi) döş qəfəsinin yuxarı aşağı ətrafının küt travması, 2021-ci il təvəllüdlü azyaşlıya ( kişi cinsi) baş-burun nahiyəsinin əzilmiş səthi yarası, aşağı ətrafların diz oynağı nahiyəsinin əziyi diaqnozları təyin edilib. Hər birinə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. 

Xatıqladaq ki, hadisə rayonun Könüllü kəndi istiqamətində qeydə alınıb. “Great Wall Haval” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin 1994-cü il təvəllüdlü müəllimi Həqiqət İsmayılova hadisə yerində ölüb. Həmin şəxslər səhər saatlarında Gəncədən Şəmkirə çalışdıqları məktəbə işə gedirmişlər.

"Cebheinfo.az"