Ötən gün bank kartlarından 6 mindən çox vəsait oğurlanıb

İyunun 11-də vətəndaşların bank kartlarından 2 min 594, 1500, 820, 400, 306, 300, 104, 60, 48 manat və 89 avro məbləğində pul vəsaitləri kiber üsulla oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
DİN vətəndaşları bir daha diqqətli olmağa, şübhəli hallarla rastlaşdıqda dərhal polis orqanlarına və banklara müraciət etməyə çağırır. “Bu hallar, əsasən, naməlum nömrələrdən gələn zənglər, “sizin adınız, nömrəniz uduşa düşüb” kimi mesajlar, saxta saytlar və sosial platformalar vasitəsilə həyata keçirilir. Zərərə məruz qalmamaq üçün bank kartının CVV kodunu (kartın arxa hissəsindəki 3 rəqəm), OTP – mobil telefonunuza gələn təsdiq şifrəsini, PIN kodunu paylaşmayın, verməyin. Bu məlumatları istəyəni bank işçisi kimi tanımayın, cinayətkardır”, - deyə məlumatda xəbərdarlıq edilir.
"Cebheinfo.az"