Göygöl sakini Kəlbəcərdə dağdan yıxılaraq xəsarət alıb

Göygöl sakini Kəlbəcərdə yıxılaraq xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Murovdağ silsiləsində qeydə alınıb. Göygöl rayonunun Çaykənd kənd sakini 1989-cu il təvəllüdlü X. Ömərov dağda ehtiyatsızlıqdan yıxılıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Ona ayağın sınığı diaqnozu qoyulub. Hadisə ilə bağlı araşdırma aparılır.
"Cebheinfo.az"