Plastik cərrah hakim qarşısında: Həmkarın öldürməyə cəhd edib

Plastik cərrah hakim qarşısında: Həmkarın öldürməyə cəhd edib

İngiltərədə özünə qarşı aparılan bir məhkəmə işində əleyhinə şahidlik edən həmkarından intiqam almaq istəyən plastik cərrah adam öldürməyə cəhd maddəsi ilə təqsirli bilinib.

"Cebheinfo.az" xəbər verir ki, Nottingemşir bölgəsində fəaliyyət göstərən 61 yaşlı plastik cərrah Conatan Piter Bruks, həmkarı Qreym Perksi qəsdən öldürməyə cəhd edib. 

Belə ki, Bruks barəsində o dövrdə bir intizam araşdırması aparılıb. Perks həmin iş üzrə şahidlik etdiyi üçün aralarında gərginlik yaranıb və Bruks qisas almaq məqsədilə bu hücumu planlaşdırıb.

Bruks səhərə yaxın saatlarda kamuflyaj geyimdə velosipedlə Perksib evinə gedib.

Onu bıçaqlayıb və evi yandırmaq üçün benzin tökeb. 

O, Perksi qarın boşluğundan bıçaqlayıb. Perks özü də cərrah olduğuna görə hadisədən sağ çıxmağı bacarıb.

Hadisədən sonra verdiyi ifadəsində Perks “Bıçaqlanan zaman bağırmadım, çünki bağırsaydım daxili orqanlarım çölə çıxacaqdı”, deyib. 

O, həyat yoldaşı və oğlunu oyadaraq kömək istəyə bilib. 95 faiz ölüm riski ilə xəstəxanaya çatdırılan Perks, əməliyyatla xilas edilib.

Hücum edən Bruks hadisə yerindən qaçsa da, təhlükəsizlik kameralarının görüntüləri ilə müəyyənləşdirilib.

Qarajında tapılan benzin bidonu, üzərində olan dəmir çubuq, bıçaq və alışqan da sübut kimi dəyərləndirilib.

Bruks məhkəmə prosesini doqquz dəfə pozmağa çalışıb.

O, aclıq aksiyası keçirib, vəkillərini işdən uzaqlaşdırıb və məhkəmə iclaslarına qatılmaqdan imtina edib. Lakin sonda hökm çıxarılıb.

Onun cəzası 3 iyun tarixində elan ediləcək. İngiltərədə bu cür cinayətlər üçün nəzərdə tutulan maksimum cəza ömürlük həbsdir.

Əfsanə Rəcəb
"Cebheinfo.az"