Xaçmazda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO

Xaçmazda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO

Gəndob-Yalama avtomobil yolunda, Xaçmaz rayonunun girişində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, "Mercedes" markalı minik avtomobili "Audi" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində 12 yaşlı Ə.Ələsgərov, 47 yaşlı Şahid Mövsümov, 22 yaşlı Şəbnəm Mövsümova və 20 yaşlı Anar Mövsümov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"