İvan Rakitiç futbolçu karyerasını başa vurdu: Bakıya gəlməyəcək

"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Hayduk"da ayrılıq baş verib.
Oxu.Az bu barədə Xorvatiya mətbuatında xəbərlər dərc olunub.
Belə ki, Split təmsilçisinin ulduz futbolçusu İvan Rakitiç karyerasını başa vurub.
Klubla müqaviləsi bitən 37 yaşlı yarımmüdafiəçiyə yeni sözləşmə təklif olunsa da, o, karyerasını bitirmək qərarına gəlib. Bu da o deməkdir ki, Rakitiç "Zirə" ilə matçlarda futbolçu qismində iştirak etməyəcək. Ancaq o, "Hayduk"da qalacaq. Rakitiç tezliklə klubun idman sektoru rəhbəri vəzifəsinə təyin olunacaq.
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk oyun iyulun 23-də "Neftçi Arena"da, cavab görüşü ayın 31-də "Polyud Stadium"da keçiriləcək.
"Cebheinfo.az"