Vircil van Deykin 69 oyunluq seriyası başa çatıb

Vircil van Deykin 69 oyunluq seriyası başa çatıb

İngiltərə təmsilçisi "Liverpul"un müdafiəçisi Vircil van Deykin Premyer Liqada 69 oyun ardıcıl start heyətində meydana çıxmaq seriyası başa çatıb.

"Report" xəbər verir ki, niderlandlı oyunçu ölkə çempionatının XXXVII turunda "Brayton"a qarşı keçiriləcək matçın start heyətində yer almayıb.

Qeyd edək ki, cari mövsüm çempionluğunu rəsmiləşdirən "Liverpul"un kapitanı əvvəlki 69 oyunun hamısında 90 dəqiqə meydanda olub.

"Cebheinfo.az"