Hindistan Azərbaycana CƏZA VERİR

Hindistan Azərbaycana CƏZA VERİR

Hindistanın qiymətli daşlar və zərgərlik sahəsini təmsil edən ən ali qurum – "Bütün Hindistan Qiymətli Daşlar və Zərgərlik Daxili Şurası" (GJC) sahə nümayəndələrinə Türkiyə və Azərbaycanla biznes əlaqələrini dayandırmaq çağırışı edib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Hindistanın "The Hindu" nəşri məlumat yayıb.

Şuranın açıqlamasında bildirilir:

“Bu sərt addım Pahalgamda baş vermiş terror aktı nəticəsində 26 hindistanlı mülki vətəndaşın həlak olmasından sonra Türkiyənin Pakistana verdiyi açıq dəstəyə cavab olaraq atılıb. Türkiyənin bu mövqeyi ölkəmizin milli təhlükəsizliyi və etik ticarət prinsipləri ilə bağlı ciddi narahatlıqlar yaradıb”.

GJC-nin sədri Rajeş Rokde bəyan edib:

“Qiymətli daşlar və zərgərlik sektoru olaraq biz ölkəmizin yanındayıq və bütün zərgərləri Türkiyə və Azərbaycanla ticarəti dərhal dayandırmağa çağırırıq. Biz bu addımla həmrəyliyimizi və qərarlılığımızı nümayiş etdiririk. Bu, həm də bizim sahənin milli qürurumuzun dayaqlarından biri olduğunu göstərir”.

Şuranın sədr müavini Avinaş Qupta isə qeyd edib:

“Türkiyə və Azərbaycanla əməkdaşlığı dayandırmaq qərarımızda qətiyik. Bu mövqe ilə biz göstəririk ki, vətəndaşlıq borcumuz və ölkəyə sədaqətimiz kommersiya maraqlarından üstündür.”

Səbinə Uğur
"Cebheinfo.az"